Gürcüstanın magistral yollarında hərəkət məhdudlaşdırılıb

Jan 18, 2026 - 12:54
 0  27
Gürcüstanın magistral yollarında hərəkət məhdudlaşdırılıb

Gürcüstanın bir sıra magistral yollarında nəqliyyatın hərəkəti məhdudlaşdırılıb

Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departamenti ölkə ərazisində hökm sürən əlverişsiz hava şəraiti ilə bağlı bəyanat yayıb.

güclü qar yağması səbəbindən daxili dövlət əhəmiyyətli bir neçə avtomobil yolunda hərəkət rejimi dəyişdirilib.

Məhdudiyyət tətbiq edilən istiqamətlər:

Kutaisi-Tsaltubo-Tsageri-Lentexi-Lasdili: Magistral yolun bu hissəsində yalnız yüksək keçid qabiliyyətinə malik (iki və daha çox aparıcı körpüsü olan) nəqliyyat vasitələrinin hərəkətinə icazə verilir. Digər növ avtonəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılıb.

Alpana-Tsageri (Orbel aşırımı): Yolun 1-ci və 22-ci kilometrlik hissəsində də oxşar məhdudiyyət qüvvədədir. Bu ərazidən yalnız "4x4" ötürücülü nəqliyyat vasitələri keçə bilər.

Vaziani-Qombori-Telavi: İntensiv qar yağışı səbəbindən Qombori aşırımı istiqamətində də yalnız tam ötürücülü avtomobillərin hərəkətinə icazə verilir, yüngül və digər növ nəqliyyat vasitələrinin hərəkəti isə qadağan edilib.