Gürcüstanda faciə: Yeniyetmə ehtiyatsızlıqdan açılan atəş nəticəsində ölüb

Jan 18, 2026 - 12:39
 0  78
Gürcüstanda faciə: Yeniyetmə ehtiyatsızlıqdan açılan atəş nəticəsində ölüb

Gürcüstanın Tsaltubo bələdiyyəsinin Qumati kəndində ağır faciə baş verib.

Xeber.ge xeber  verir ki, hadisə "Köhnə Yeni il" (13 yanvardan 14-nə keçən gecə) qeyd edilən zaman baş verib. İlkin məlumatlara görə, havaya açılan atəş nəticəsində "kor güllə" yeniyetməyə isabət edib.

Məlumata görə, güllə azyaşlının arteriya damarına dəyib və o, aldığı ağır xəsarətdən hadisə yerindəcə dünyasını dəyişib. Hadisə ilə bağlı təfərrüatlar "Ambebi.ge" portalı tərəfindən yayılıb.

Hazırda hüquq-mühafizə orqanları hadisənin baş vermə şəraitini və atəşin kim tərəfindən açıldığını araşdırır. Faktla bağlı istintaq başladılıb.