Kutaisi-Batumi qatarında yanğın olması xəbəri həqiqəti əks etdirmir- hərəkət bərpa olunub

May 20, 2025 - 14:24
 0  17
Kutaisi-Batumi qatarında yanğın olması xəbəri həqiqəti əks etdirmir- hərəkət bərpa olunub

Kutaisi-Batumi istiqamətində hərəkət edən qatar Lançxuti stansiyasında texniki problem səbəbindən dayanıb. Şirkət yayılan məlumatların əksinə olaraq, qatarın yanması barədə iddiaların həqiqətə uyğun olmadığını bildirir.

Bu barədə “Gürcüstan Dəmir Yolları” məlumat yayıb.

“20 may tarixində Kutaisi-Batumi istiqamətində hərəkət edən qatar texniki nasazlıq səbəbindən Lançxuti stansiyasında dayanıb. Problemin səbəbi kontakt şəbəkəsində yaranmış kiçik zədələnmə olub. Nasazlıq operativ şəkildə aradan qaldırılıb və qatarın hərəkəti bərpa olunub. Hazırda digər qatarlar da fasiləsiz hərəkət edir. Mətbuatda yayılan ‘qatar yanıb’ xəbəri isə həqiqəti əks etdirmir”, – deyə məlumatda qeyd olunub.

mənbə: interpress