Aİ-nin XİN başçıları Gürcüstanla vizasız gediş-gəlişin ləğv edilməsini müzakirə edəcəklər
Aİ-nin XİN başçıları Gürcüstanla vizasız gediş-gəlişin ləğv edilməsini müzakirə edəcəklər.
Bu barədə ittifaqın Gürcüstandakı səfiri Pavel Herçinski jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, dekabrın 16-da keçiriləcək Xarici işlər Şurasının iclasında 27 üzv dövlət tərəfindən vizasız rejimə son qoymağın mümkünlüyü də daxil olmaqla Gürcüstanla bağlı müzakirə aparılacaq.
mənbə: apa