Gürcüstan XİN əməkdaşları hakim partiyanı qınayan bəyanat imzalayıb
 
                                Gürcüstan Xarici İşlər Nazirliyinin (XİN) 100 əməkdaşı hakim “Gürcü Arzusu” partiyasının Aİ ilə üzvlük danışıqlarını 2028-ci ilin sonunadək dayandırmaq qərarını qınayan bəyanatı imzalayıb.
Diplomatlar iqtidar partiyasının qərarının ölkənin strateji maraqlarına uyğun gəlmədiyini bəyan ediblər. Qeyd olunub ki, ölkənin Aİ-yə üzvlük fürsətindən birtərəfli qaydada imtinası mənfi strateji nəticələrə gətirib çıxaracaq. Bəyanatda qərarın eyni zamanda Gürcüstanı artan təhdidlər fonunda təcrid halına salacağı qeyd edilib.
mənbə: apa
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
                                                                                                                                             
                                                                                                                                             
                                                                                                                                             
                                             
                                             
                                             
                                             
                                            