Tbilisidə yanğın zamanı gənc oğlan ölüb

Tbilisinin Varketili qəsəbəsində baş verən yanğın nəticəsində gənc oğlan ölüb.
Daxili İşlər Nazirliyinin Fövqəladə Hallar İdarəsindən verilən məlumata görə, yanğın yaşayış binasının 3-cü mərtəbəsində baş verib.
Hadisə dünən gecə saatlarında baş verib, yanğın söndürülüb.
Yanğının səbəbləri və digər təfərrüatlar hələlik məlum deyil.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin 187-ci maddəsinin 3-cü hissəsi, yəni insan tələfatına səbəb olan obyektin zədələnməsi və ya məhv edilməsi ilə bağlı araşdırma başlanılıb.
mənbə: interpress