Ailə üzvlərinə qarşı zorakılıq edən keçmiş məhkum saxlanılıb

May 14, 2026 - 11:38
 0  20
Ailə üzvlərinə qarşı zorakılıq edən keçmiş məhkum saxlanılıb

Gürcüstan Daxili İşlər Nazirliyinin Şida Kartli Polis Departamentinin Xaşuri Rayon İdarəsinin əməkdaşları tərəfindən ailə üzvlərinə qarşı zorakılıq, məcburetmə və hədə-qorxu törətməkdə ittiham olunan şəxs saxlanılıb.

 Xeber.ge xəbər verir ki, saxlanılan şəxs əvvəllər də məhkumluq həyatı yaşayıb.

İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs öz yaşayış evində fiziki məhdudiyyətli azyaşlı ögey övladına və həyat yoldaşına qarşı fiziki və şifahi zorakılıq tətbiq edib.

O, həyat yoldaşını soyuq silahla öldürəcəyi ilə hədələyib və ona qarşı məcburetmə hərəkətləri həyata keçirib, daha sonra isə hadisə yerindən qaçıb.

Hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxs tutularaq istintaqa cəlb olunub.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 126-cı (ailə üzvünə qarşı zorakılıq), 150-ci (məcburetmə) və 151-ci (ölümlə hədələmə) maddələri ilə araşdırma aparılır. Bu maddələr üzrə təqsirləndirilən şəxsi 3 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası gözləyir.