Batumidə İnterpol tərəfindən axtarılan iki Türkiyə vətəndaşı saxlanılıb

May 14, 2026 - 11:44
 0  18
Batumidə İnterpol tərəfindən axtarılan iki Türkiyə vətəndaşı saxlanılıb

Gürcüstan Daxili İşlər Nazirliyinin Acarıstan Polisi Departamentinin əməkdaşları İnterpolun "qırmızı bülleten"i ilə beynəlxalq axtarışda olan iki Türkiyə Respublikası vətəndaşını saxlayıb.

Xeber.ge xəbər verir ki,əməliyyat Batumi şəhəri ərazisində keçirilib.

Saxlanılan şəxslər Türkiyə hüquq-mühafizə orqanları tərəfindən dələduzluq ittihamı ilə axtarışa veriliblər.

Nazirliyin məlumatına görə, hər iki şəxs Gürcüstan sərhədini barələrində rəsmi axtarış elan edilməzdən əvvəl keçiblər.

Polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində onlar Batumidə müxtəlif vaxtlarda ələ keçiriliblər.

Hazırda saxlanılan şəxslərin Türkiyəyə təhvil verilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş ekstradisiya prosedurları davam etdirilir.