Gürcüstanda əlverişsiz hava şəraiti ilə bağlı xəbərdarlıq edilib

May 14, 2026 - 12:53
 0  36
Gürcüstanda əlverişsiz hava şəraiti ilə bağlı xəbərdarlıq edilib

Gürcüstanın Milli Ətraf Mühit Agentliyi ölkə ərazisində hava şəraitinin kəskin pisləşəcəyi barədə məlumat yayıb.

Xeber.ge xəbər verir ki, mayın 15-16-da ölkənin əksər bölgələrində qeyri-sabit hava şəraiti hökm sürəcək.

Mayın 15-i və 16-da Gürcüstanın əksər ərazilərində vaxtaşırı yağış yağacağı, bəzi yerlərdə yağıntıların intensiv olacağı gözlənilir.

İldırım çaxacağı, dolu düşəcəyi və qərbdən güclü külək əsəcəyi ehtimal olunur.

Qara dəniz sahillərində fırtınanın gücünün 3-4 bal səviyyəsində olacağı proqnozlaşdırılır.

Agentlik xəbərdarlıq edir ki, güclü yağıntılar nəticəsində:

Çaylarda suyun səviyyəsi əhəmiyyətli dərəcədəarta bilər.

Kiçik çaylarda daşqın və sel hadisələri baş verə bilər.

Təpəlik və dağlıq zonalarda torpaq sürüşməsi və sel proseslərinin aktivləşməsi riski mövcuddur (təhlükə səviyyəsi - orta).