Dəhşətli qəza: 4 ölü, 3 ağır yaralı

Aug 20, 2025 - 22:19
 0  44
Dəhşətli qəza: 4 ölü, 3 ağır yaralı
: :
playing

Qobuleti-Batum mərkəzi avtomobil yolunda baş vermiş ağır yol qəzası nəticəsində dörd nəfər hadisə yerində ölüb, üç nəfər isə ağır yaralanıb.

Yaralılar təcili tibbi yardım briqadası tərəfindən xəstəxanaya çatdırılıb.

Məlumata görə, mərkəzi yolda hərəkətdə olan iki minik avtomobili toqquşub və nəticədə hər iki avtomobilə od düşüb.

Hadisə yerinə Daxili İşlər Nazirliyinin əməkdaşları cəlb olunub. Nazirlikdən verilən məlumata əsasən, faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 276-cı maddəsi ilə istintaq aparılır. Bu maddə nəqliyyat vasitələrinin istismar qaydalarının pozulması nəticəsində insan ölümünə səbəb olma hallarını nəzərdə tutur.

mənbə: interpress