Avtobus yük maşını ilə toqquşub, ölənlər var

Feb 26, 2026 - 11:29
 0  7
Avtobus yük maşını ilə toqquşub, ölənlər var

Gürcüstanın Kobuleti şəhərində iki nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Xeber.ge xəbər verir ki, hadisə Kobuleti dolama yolunda qeydə alınıb. İlkin məlumatlara əsasən, sərnişin avtobusu ilə yük avtomobili toqquşub.

Qəza nəticəsində iki nəfər hadisə yerində dünyasını dəyişib. Bir nəfər isə ağır bədən xəsarətləri ilə Təcili Tibbi Yardım briqadası tərəfindən yerli klinikalardan birinə çatdırılıb. Tibbi mərkəzdən verilən məlumata görə, yaralının vəziyyəti həkimlərin nəzarətindədir.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin müvafiq maddəsi (yol hərəkəti və istismar qaydalarının pozulması, iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) ilə istintaq başladılıb.

Qəzanın dəqiq səbəbləri aparılan ekspertizalardan sonra məlum olacaq.