Kılıçdaroğlu Azərbaycanda hicablı şagirdlərlə bağlı məsələyə münasibət bildirdi-VİDEO
Kılıçdaroğlu Azərbaycanda hicablı şagirdlərlə bağlı məsələyə münasibət bildirdi
XEBER.GE xeber verir ki,
“Əziz azərbaycanlı qardaşlarım, sizin sevinciniz bizim sevincimiz, sizin ağrınız bizim də ağrımızdır. Hicabla bağlı hadisələr baş verir və biz bunları izləyirik. Bu ağrını biz də yaşadıq. Artıq bu ağrıya son qoyulmalıdır”, — deyə Kılıçdaroğlu bildirib.
O, qadınların başıaçıq və ya hicablı olmalarına görə fərqləndirilməsinin düzgün olmadığını vurğulayıb və Türkiyənin bu məsələdə ağır sınaqdan keçdiyini qeyd edib.
“Bu məsələdə bizim də məsuliyyətimiz olub. Həmin məsuliyyəti üzərinə götürən bir şəxs kimi Azərbaycana səslənirəm: qoy qadınlar geyimlərini özləri seçsinlər”, — deyə CHP sədri əlavə edib.