Soyuq silahla hücum: Bir nəfər həbs olundu

Aug 2, 2026 - 14:20
 0  14
Soyuq silahla hücum: Bir nəfər həbs olundu

Daxili İşlər Nazirliyinin məlumatına görə, Tbilisidə qəsdən adam öldürməyə cəhd ittihamı ilə bir nəfər saxlanılıb.

XEBER.GE xeber  verir ki, Nazirliyin verdiyi məlumata əsasən, təqsirləndirilən şəxs kişiyə soyuq silahla xəsarət yetirib və hadisə yerindən qaçıb.

“İstintaq müəyyən edib ki, təqsirləndirilən şəxs qarşılıqlı mübahisə zəminində soyuq silahdan istifadə edərək kişiyə xəsarətlər yetirib və hadisə yerindən qaçıb.

Yaralı kişi tibbi yardım almaq üçün klinikaya aparılıb.

Hüquq-mühafizə orqanları operativ tədbirlər və istintaq hərəkətləri nəticəsində cinayəti törədəni isti iz üzrə təqsirləndirilən şəxs kimi saxlayıb.

Cinayət aləti isə sübut kimi götürülüb. İstintaq Cinayət Məcəlləsinin 19-108-ci maddəsi ilə aparılır və bu, 15 ilədək azadlıqdan məhrum etmə cəzasını nəzərdə tutur”.