Tbilisidə market qarəti
Hüquq-mühafizə orqanları keçmişdə məhkum olunmuş və hazırda şərti cəza altında olan şəxsi qarət ittihamı ilə isti iz üzrə saxlayıb.
XEBER.GE xeber verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Nazirliyin verdiyi məlumata görə, təqsirləndirilən şəxs Tbilisidə yerləşən şəbəkə marketlərindən birinin filialına soxulub, küt alət göstərməklə kassirə ölüm təhlükəsi ilə hədələyib və güc tətbiq edərək kassadakı pulu qanunsuz mənimsəyib.
“Daxili İşlər Nazirliyinin Tbilisi Polis Departamentinin İsanı-Samqori Baş İdarəsi və Acara Polis Departamentinin əməkdaşları keçmişdə məhkum olunmuş və hazırda şərti cəza altında olan şəxsi qarət ittihamı ilə isti iz üzrə saxlayıblar.
İstintaq müəyyən edib ki, təqsirləndirilən şəxs Tbilisidəki şəbəkə marketin filialına daxil olub, küt əşya nümayiş etdirərək kassir-operatoru ölümə hədələyib və güc tətbiq etməklə kassadakı pulları qanunsuz ələ keçirib.
Hüquq-mühafizə orqanları operativ tədbirlər və istintaq hərəkətləri nəticəsində cinayəti törədəni isti iz üzrə saxlayıb.
İstintaq Cinayət Məcəlləsinin 179-cu maddəsi ilə aparılır və bu, 12 ilədək azadlıqdan məhrum etmə cəzasını nəzərdə tutur”.