Polşa Gürcüstan vətəndaşları üçün vizasız rejimi məhdudlaşdıra bilər
 
                                Polşa hökuməti bir sıra ölkələrin, o cümlədən Gürcüstan və Ermənistan vətəndaşları üçün vizasız gediş-gəliş rejiminin məhdudlaşdırılmasını nəzərdən keçirir.
Bu barədə məlumatı Polşa mətbuatı ölkənin baş naziri Donald Tusk-a istinadən yayıb.
Donald Tusk bu bəyanatı ötən həftə Rusiya tərəfindən təşkil olunmuş diversiya aktlarında iştirak etməkdə şübhəli bilinən 32 ölkənin vətəndaşının saxlanmasından sonra verib.
Polşanın daxili işlər nazirinin müavininin sözlərinə görə, məhdudiyyətlərin tətbiqi Gürcüstan, Ermənistan, Venesuela və Kolumbiya vətəndaşlarına aid ola bilər.
Baş nazir Tuskun açıqlamasına əsasən, keçmiş Sovet respublikalarının vətəndaşları Rusiya xüsusi xidmət orqanları tərəfindən cəlb olunmaq baxımından “açıq səbəblərə görə” xüsusilə həssasdırlar.
“O ki qaldı Gürcüstan vətəndaşlarına, hazırda biz ölkə ərazisində törədilən cinayətlərlə bağlı problemlə üzləşmişik. Bilirəm ki, bu, gürcülərin milli xüsusiyyəti deyil və bunu deyə bilmərəm, amma bu gün müəyyən təşkilatlanmış cinayətkar qruplar fəaliyyət göstərir. Onların bir neçəsi artıq deportasiya olunub. Kim cinayət törədəcəksə, ya saxlanılacaq, ya da deportasiya ediləcək”, – deyə Donald Tusk bildirib.
mənbə: interpress
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
                                                                                                                                             
                                                                                                                                             
                                                                                                                                             
                                             
                                             
                                             
                                             
                                            