ABŞ viza depoziti proqramını daimi edir
ABŞ Dövlət Departamenti viza depoziti proqramının tələblərini daimi edir — "Reuters" bu barədə ABŞ-ın Federal Reyestrinə istinadən məlumat yayır.
XEBER.GE xəbər verir ki,
Federal Reyestr tərəfindən yayımlanan bildirişdə deyilir ki, 2025-ci ildə işə salınmış viza depoziti proqramının son bir il ərzində aparılan qiymətləndirilməsi quruma proqramın viza şərtlərinə əməl olunmasını effektiv şəkildə təmin etdiyi və onun daimi olması qənaətinə gəlmək üçün kifayət qədər məlumat verib.
Pilot proqram çərçivəsində depozitin məbləği 5000, 10 000 və ya 15 000 dollar idi, lakin proqramın yekun reqlamentinə əsasən 5000 dollarlıq depozit ləğv edilir və depozitin maksimal məbləği 20 000 dollar olaraq müəyyən edilir.
ABŞ-ın viza depoziti proqramının yekun reqlamenti avqustun 3-də qüvvəyə minəcək.
Məlumat üçün bildirək ki, viza depoziti proqramına 50 ölkə daxildir və onların arasında Gürcüstan da var.