Trampdan etiraf: "ABŞ İrandakı etirazçılara silah göndərib"
"ABŞ 2026-cı ilin əvvəlində İrandakı etiraz iştirakçılarına böyük həcmdə silah göndərməyə cəhd edib".
Xeber.ge xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp deyib
"Biz çoxlu silah göndərdik, onları kürdlərə verdik", - deyə D.Tramp bildirib və ehtimal edib ki, kürd qüvvələri həmin silahları özlərində saxlayıblar.
Qeyd edək ki, İranda iğtişaşlar 2025-ci il dekabrın 29-da milli valyutanın kəskin ucuzlaşmasından sonra meydana çıxan etiraz aksiyalarından sonra başlayıb və ölkənin əksər iri şəhərlərinə yayılıb.
Yanvarın 8-dən etibarən, İranın xarici işlər naziri Abbas Əraqçının sözlərinə görə, etirazçılar arasında silahlı qruplar peyda olub. Tehranda baş verən iğtişaşların təşkilinə görə məsuliyyət İsrail və ABŞ üzərinə qoyulub.
mənbə: oxu.az