İranın yeni hədəfi - İsrailin elektrik stansiyaları

Apr 5, 2026 - 20:15
 0  9
İranın yeni hədəfi - İsrailin elektrik stansiyaları

İran və onun dəstəklədiyi silahlı qruplaşmalar İsraildə yerləşən iki iri elektrik stansiyasını mümkün hədəflər siyahısına daxil edib.

Xeber.ge xəbər verir ki, bu barədə "Tasnim" agentliyi mənbələrə istinadla məlumat yayıb.

Məlumata əsasən, İsrailin enerji təminatında mühüm rol oynayan iki böyük elektrik stansiyası müqavimət cəbhəsinin birgə əməliyyat qərargahı tərəfindən hədəf kimi müəyyənləşdirilib.

Bildirilir ki, bu addım əks-cavab strategiyasının tərkib hissəsidir və İranın kritik infrastrukturuna yönələ biləcək hücumlara qarşı hazırlıq kimi qiymətləndirilir.

Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı birgə hərbi əməliyyatlara start verib. Buna cavab olaraq İran İsrail ərazisinə raket zərbələri endirib. Həmçinin İran qüvvələri Fars körfəzi ölkələrində yerləşən ABŞ hərbi bazalarını hədəfə alıb. Regionda gərginliyin artması səbəbindən bir sıra ölkələr hava məkanını müvəqqəti bağlayıb. Elə həmin gün İranın Ali lideri Əli Xamenei ABŞ və İsrailin hücumları nəticəsində həlak olub.

mənbə: modern.az