Güclü yağış Saçxere bələdiyyəsində infrastruktura ziyan vurub

Güclü yağış Saçxere Bələdiyyəsinin kəndlərində problemlər yaradıb.
Dünən gecə saatlarında Çalovani və Xvanidə baş verən daşqınlar mərkəzi magistralın bir neçə hissəsini iflic edib.
Çalovani kəndində qabaran Piçxava çayı mərkəzi yolun 1 km-ə qədər hissəsini və onun üzərindəki körpünü yararsız hala salıb.
Səhər saatlarından etibarən təbii fəlakət yerində müvafiq texnika işləyir və mərkəzi magistral yolda avtomobillərin hərəkəti bərpa edilib, zədələnmiş körpünün yaxınlığında isə dolama yol salınıb.
mənbə: interpress