Marneuli-Tbilisi yolunda ağır yol qəzası: Dörd avtomobil toqquşub

Apr 26, 2025 - 20:52
 0  116
Marneuli-Tbilisi yolunda ağır yol qəzası: Dörd avtomobil toqquşub
: :
playing

Marneuli-Tbilisi yolunda yol-nəqliyyat hadisəsi baş verib.

Qəza nəticəsində Hundai, Mercedes-Benz, Ford və BMW markalı dörd avtomobil toqquşub.

Hadisə nəticəsində sürücülərdən biri yüngül xəsarət alıb. Yaralı sürücü təcili tibbi yardım briqadası tərəfindən xəstəxanaya aparılıb. Hadisə yerinə təcili tibbi yardım qrupları, xilasedicilər və polis əməkdaşları cəlb olunub.

Qəza səbəbindən Marneuli-Tbilisi yolunda iki istiqamətdə tıxac yaranıb. Faktla bağlı araşdırma aparılır.

mənbə: interpress