Tbilisidə Zəngi dənizi ərazisində qəbiristanlıq yanıb-VİDEO
Tbilisinin Zəngi dənizi qəsəbəsində, qəbiristanlığın yaxınlığında güclü yanğın baş verib.
XEBER.GE xeber verir ki, sosial şəbəkədə yayılan videoda yerli sakin bildirib ki, od qəbiristanlığın ərazisini bürüyüb.
Onun sözlərinə görə, yanğın məntəqəsi yaşayış zonasına yaxın ərazidədir. Hazırda sakinlər yanğınsöndürən və xilasetmə xidmətinin gəlməsini gözləyirlər.
Əhali kömək istəyir, çünki yanğının yaşayış massivinə keçməsi təhlükəsi var.
Rəsmi məlumat və ətraflı detallar hələlik məlum deyil. Bu dəqiqələrdə hadisəni araşdırır.