Pensiya fondunun cərimələrinə amnistiya
"Yığım pensiyası haqqında" qanuna dəyişikliklər edilib. Sənədi 76 deputatı dəstəkləyib – əleyhinə səs verən olmayıb.
XEBER.GE xeber verir ki,
"Qanunvericilik paketi 2025-ci il mayın 1-dən sonra Pensiya Fondu tərəfindən tətbiq edilmiş inzibati tənbeh növlərinin – cərimələrin işəgötürənlərdən şərtli şəkildə azad edilməsini nəzərdə tutur, əgər həmin işəgötürənlər 2026-cı il dekabrın 31-dən gec olmayaraq pensiya töhfələrinin və peniyaların tam həcmdə ödənilməsini təmin edərlər", – qanun layihəsində yazılıb.
Qanun layihəsinin təşəbbüskarlarından biri, İvanişvilinin deputatı Paata Kvijinadzenin sözlərinə görə, ümumilikdə 13 500 sahibkara tətbiq edilmiş təxminən 43 milyonluq cərimə silinəcək.
Bundan əlavə, qanun layihəsi ilə pensiya töhfəsinin həyata keçirilməsi öhdəliyinin yerinə yetirilməməsinə görə tətbiq edilən cərimənin məbləği də azaldılır. Onun məbləği həm ilk pozuntu, həm də təkrar hallar zamanı 500 və 1 000 lari əvəzinə 300 lari olacaq.
Təklif olunan dəyişikliklərlə Pensiya Fondunun müstəqil vahidi – Pensiya Agentliyi ilə şirkətlər arasında mübahisələrə baxacaq Mübahisələrin Baxılması Xidməti yaradılacaq.
"Pensiya Fondunun müstəqil vahidi – Mübahisələrin Baxılması Xidməti yaradılacaq. Əgər sahibkarla Pensiya Agentliyinin mübahisəsi varsa, ola bilər ki, bu məsələ məhz mübahisələr şurası tərəfindən nəzərdən keçirilsin və məhkəməyə qədər həll edilsin. Həmçinin, sahibkar yenə də cərimələndiyi təqdirdə, mübahisələr şurasına müəyyən şərtlər ödəniləcəyi təqdirdə bu cərimənin ödənilməsini 18 aya bölmək hüququ verilir", – Kvijinadzenin qanun layihəsinin təqdimatı zamanı bildirib.
Onun sözlərinə görə, sahibkara cərimələnmə ilə bağlı bildiriş gəldikdə, onun bunu mübahisələr şurasına şikayət etmək imkanı olacaq və bu orqan qərar qəbul edənə qədər həmin cərimə dayandırılacaq.
"Cərimə tətbiq edildiyi tarixdən ən geci 10 iş günü müddətində işə götürən həyata keçirilməmiş pensiya töhfəsinin və ona hesablanmış iştirakçının alınmayan gəlirinin (belə bir hal mövcud olduqda) tam ödənilməsini təmin edərsə, ona tətbiq edilmiş cərimənin ödənilməsi öhdəliyi ləğv ediləcək. Bu bəndlə nəzərdə tutulmuş öhdəliyin həmin bəndlə müəyyən edilmiş müddətdə aradan qaldırılmadığı təqdirdə, hüquqpozucu bu bəndlə müəyyən edilmiş güzəştdən istifadə etmək hüququnu itirir", – qanun layihəsində qeyd olunub.