Gürcüstandan Azərbaycan vətəndaşları da daxil 101 əcnəbi deportasiya edilib
Gürcüstanın Daxili İşlər Nazirliyinin Miqrasiya Departamentinin əməkdaşları tərəfindən son günlərdə keçirilən tədbirlər nəticəsində 101 xarici vətəndaş ölkədən deportasiya olunub.
Nazirliyin yaydığı məlumata görə, əməliyyatlar müvafiq struktur bölmələri ilə koordinasiyalı şəkildə həyata keçirilib.
Kompleks tədbirlər çərçivəsində Türkmənistan, Hindistan, İraq, Azərbaycan, Rusiya, Özbəkistan, Nigeriya, Banqladeş, İordaniya, Keniya, Sudan, Belarus, Uqanda, Nepal, Pakistan, Filippin, Qırğızıstan, Zimbabve, Livan və digər ölkələrin vətəndaşları Gürcüstan ərazisindən çıxarılıb.
Bildirilib ki, bu ilin ilk dörd ayının nəticələrinə əsasən, deportasiya olunan qanunsuz miqrantların sayı ötən ilin ümumi göstəricisinə yaxınlaşıb.
mənbə: report