Qori şəhərində çaya düşən yaşlı qadın axtarılır

May 5, 2026 - 22:31
May 5, 2026 - 22:32
 0  9
Qori şəhərində çaya düşən yaşlı qadın axtarılır

 Qori şəhərində yaşlı qadının itkin düşməsi ilə əlaqədar genişmiqyaslı axtarış-xilasetmə əməliyyatı başladılıb.

Bu barədə məlumatı "Kartlis Ambebi" nəşri yayıb.

 Xeber.ge xeber  verir ki, hadisə yerinə dərhal Fövqəladə Halların İdarə Olunması Xidmətinin qüvvələri cəlb olunub.

 Hazırda xilasedicilər tərəfindən axtarışlar həm Liaxvi çayının daxilində, həm də çay kənarı ərazilərdə davam etdirilir.

Əraziyə xüsusi texnika və canlı qüvvə səfərbər edilib.

Hadisənin başvermə səbəbləri və yaşlı qadının şəxsiyyəti ilə bağlı hələlik əlavə məlumat verilmir.

Faktla bağlı araşdırmalar davam edir.