Gürcüstan-Azərbaycan sərhədində hərbi təyyarə düşüb-VİDEO

Nov 11, 2025 - 16:14
Nov 11, 2025 - 19:38
 0  53
Gürcüstan-Azərbaycan sərhədində hərbi təyyarə düşüb-VİDEO

 

Türkiyəyə məxsus hərbi təyyarə Azərbaycandan qayıdarkən qəzaya uğrayıb

 

Türkiyə Silahlı Qüvvələrinə məxsus C-130 tipli hərbi yük təyyarəsi Azərbaycandan geri qayıdarkən qəza nəticəsində yerə çırpılıb.

 

Xeber.ge xeber  verir ki, məlumata görə, Gəncə şəhərindən havaya qalxan təyyarə Gürcüstanın Siqnaxi şəhəri yaxınlığında qəzaya uğrayıb.

 

Hadisə nəticəsində ölən və yaralananlarla bağlı rəsmi məlumat hələ açıqlanmayıb. Bununla belə, Azərbaycan Prezidenti İlham Əliyev ölənlərlə bağlı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verib.

 

Qəza yerində Azərbaycan, Türkiyə və Gürcüstanın xilasedici qrupları axtarış-xilasetmə işlərini davam etdirirlər.