Axalkalakidə 3 yaşlı uşaq 5-ci mərtəbədən yıxılaraq komaya düşdü

Aug 31, 2026 - 17:10
 0  8
Axalkalakidə  3 yaşlı uşaq 5-ci mərtəbədən yıxılaraq komaya düşdü

Axalkalakidə üçyaşlı uşaq beşinci mərtəbənin pəncərəsindən yıxılıb .

XEBER.GE xeber  verir ki,  bu barədə məlumatı "Jnews" yayır. Hadisə dünən, avqustun 30-da Ağmaşenebeli küçəsində yerləşən yaşayış binasında baş verib.

Uşaq Tbilisidən çağırılmış təcili tibbi yardım briqadası tərəfindən Axalkalaki klinikasından Tbilisiyə köçürülüb. İlkin məlumata görə, onun vəziyyəti ağırdır.

"Jnews"un bildirdiyinə görə, uşaqda çoxsaylı sınıqlar var, azyaşlı komadadır.