1-2 sentyabrda Gürcüstanda hava kəskin pisləşəcək

Aug 31, 2026 - 15:38
 0  27
1-2 sentyabrda Gürcüstanda hava kəskin pisləşəcək

Sentyabrın 1-2-də Gürcüstan ərazisinin böyük hissəsində aralıqla yağmurlu hava şəraiti saxlanılacaq.

XEBER.GE xeber  verir ki, bu barədə məlumatı Milli Ətraf Mühit Agentliyi yayır.

Agentliyin məlumatına görə, bəzi rayonlarda intensiv güclü yağış gözlənilir. İldırım çaxması, dolu düşməsi və küləyin güclənməsi ehtimalı var.

Gözlənilən güclü yağıntılar çaylarda suyun səviyyəsinin əhəmiyyətli dərəcədə artmasına, kiçik çaylarda daşqınlara, təpəlik və dağlıq zonalarda isə torpaq sürüşməsi və sel proseslərinin yaranmasına və aktivləşməsinə səbəb ola bilər (təhlükə səviyyəsi orta).