Daxili İşlər Nazirliyində kadr dəyişiklikləri baş verib

Daxili İşlər Nazirliyində genişmiqyaslı kadr dəyişiklikləri baş verib. Nazirliyin mətbuat xidməti Vaja Siradzenin vəzifədən azad olunması ilə bağlı məlumatı təsdiqləyib və digər dəyişiklikləri də açıqlayıb.
DİN-in rəsmi saytında qeyd olunub ki, Avropa İttifaqının dörd üzv dövləti tərəfindən sanksiyaya məruz qalan Vaja Siradze artıq Patrul Polis Departamentinin direktoru vəzifəsini icra etmir.
Nazirlik tərəfindən açıqlanan məlumata əsasən, dəyişikliklər aşağıdakı kimidir:
- Mərkəzi Kriminal Polis Departamentinin direktoru Teimuraz Kupatadze DİN-in İctimai Hüquqi Şəxsi olan Mühafizə Polisi Departamentinə rəhbər təyin olunub. Qeyd edək ki, Kupatadze Estoniya, Litva və Latviya tərəfindən etiraz aksiyalarının zorla dağıdılması ilə əlaqədar sanksiyaya məruz qalıb.
- Mərkəzi Kriminal Polis Departamentinin yeni direktoru isə Kupatadzenin müavini Davit Kiknadze olub.
- 2019-cu ildən Patrul Polisi Departamentinə rəhbərlik edən Vaja Siradze artıq Tbilisi Polis Departamentinin direktoru təyin olunub.
- Siradzenin yerinə Patrul Polis Departamentinə Levan Maisuradze rəhbərlik edəcək. O, indiyədək Tbilisi Polis Departamentinin direktor müavini vəzifəsində çalışıb.
- Siradze bu postda Laşa Qoqniaşvilini əvəz edib. Qoqniaşvili isə Kaxeti Polis Departamentinin direktoru təyin olunub. O, 5 aprel tarixində Tbilisi Polis Departamentinə rəhbər təyin olunmuşdu və bu vəzifədə bir aydan bir qədər artıq müddət ərzində fəaliyyət göstərmişdi. Bundan əvvəl isə Quriya Polis Departamentinə rəhbərlik edib.
- Qoqniaşvilidən əvvəl Tbilisi Polis Departamentinin direktoru Böyük Britaniya tərəfindən sanksiyaya məruz qalan Sulxan Tamazashvili olub. O, hazırda Acarıstan Hökumətinin sədri vəzifəsini icra edir.
DİN-in regional strukturlarında da dəyişikliklər edilib:
- Kaxeti Polis Departamentinin sabiq direktoru Teimuraz Kalandadze Mtsxeta-Mtianeti Polis Departamentinin rəhbəri təyin olunub.
- Kvemo Kartli Polis Departamentinin yeni direktoru Levan Kvitsiani olub.
- Kvemo Kartli departamentinin əvvəlki rəhbəri Quram Natsvlişvili Samtsxe-Cavaxeti Polis Departamentinə rəhbər təyin edilib.
- Samtsxe-Cavaxeti departamentinin sabiq direktoru Ramaz Tatarashvili İmereti Polis Departamentinə rəhbərlik edəcək.
- İmereti departamentinin əvvəlki direktoru Zaza Tsxakaia isə Quriya Polis Departamentinin rəhbəri olub.
- Şida Kartli Polis Departamentinin direktoru vəzifəsinə isə Tbilisi Polis Departamentinin direktor müavini Kaxaber Muradaşvili təyin olunub.
Daxili İşlər Nazirliyi bildirir ki, həyata keçirilən bu dəyişikliklər nazirlik sisteminin gücləndirilməsi və inkişafına xidmət edir.
mənbə: marneulifm