Yepiskop Məhkəməsinin protokoluna əsasən, yepiskopun qətlini planlaşdırmaqda Şincikaşvili təqsirləndirilir

Marneuli və Hucabi Yeparxiyası tərəfindən yayımlanan məlumata əsasən, Yepiskop Məhkəməsinin protokolunda Q.Ş. yeparxiyanın rəhbəri,
yepiskop Qiorqi Camdelianini öldürməyə cəhddə təqsirli bilinir.
Q.Ş. baş hərfləri daha əvvəl mediada yayılan məlumatlarda yer alan və yepiskopun keçmiş dövlət prokuroru müavini Qiorqi Şincikaşvilini ittiham etdiyi şəxslə üst-üstə düşür.
Məhkəmə protokoluna əsasən, Şincikaşviliyə qarşı ittiham rahibə Tekla Kublaşvilinin ifadəsi əsasında irəli sürülüb.
Yeparxiya məhkəməsi Şincikaşvilini günahkar hesab edib və cəza olaraq ona əbədi olaraq ibadətə (zəkat və ünsiyyətə) qatılmaq qadağan edilib.
İyunun 8-də keçirilən həftə xütbəsində yepiskop Qiorqi Camdeliani camaat qarşısında onun qətlinin planlaşdırıldığını açıqlayıb. Onun sözlərinə görə, bu işə rahibə də cəlb olunub. Yepiskopun bu açıqlamasından sonra Prokurorluq məsələ ilə bağlı araşdırmalara başlayıb. Qiorqi Camdeliani qeyd edib ki, Prokurorluqla əməkdaşlıq etməyəcək.
Qeyd edək ki, Marneuli yepiskopunun ifadəsi əsasında Prokurorluq “qəsdən adam öldürməyə hazırlıq” maddəsi ilə istintaqa başlayıb. Qiorqi Camdeliani onun qətlinin planlaşdırıldığını iddia edir.
mənbə: marneulifm