Qardabanidə kişi həyat yoldaşına zor tətbiq etdiyi üçün saxlanılıb

Nov 13, 2025 - 15:23
 0  11
Qardabanidə kişi həyat yoldaşına zor tətbiq etdiyi üçün saxlanılıb

Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatına görə, Kvemo Kartli Polis Departamentinin Qardabani rayon şöbəsinin əməkdaşları ailə zorakılığı ittihamı ilə 1975-ci il təvəllüdlü R.B.-ni saxlayıblar.

Xeber.ge xəbər verir ki, istintaq zamanı müəyyən edilib ki, R.B. ailə münaqişəsi zəminində həyat yoldaşı – 1990-cı il təvəllüdlü S.K.-yə fiziki zor tətbiq edib və onun şəxsi həyatına dair görüntüləri yaymaqla hədələyib.

Şübhəli şəxs polis tərəfindən hadisə yerindəcə saxlanılıb.

Hadisə ilə bağlı istintaq Cinayət Məcəlləsinin 126-cı prim maddəsinin 2-ci hissəsinin “b” bəndi üzrə aparılır. Cinayət 3 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur.