Parlament sarayının həyətinə polis qüvvələri səfərbər olunub
Parlament sarayının həyətinə polis qüvvələri gətirilib.
Bu dəqiqələrdə hüquq-mühafizə orqanlarının əməkdaşları Mühafizə Xidmətinə məxsus iki avtobus və digər nəqliyyat vasitələri ilə gətirilib.
Bundan əlavə, media nümayəndələrindən parlament binasını tərk etmək tələb olunub.
Məlum olduğu kimi, bu gün saat 19:00-da parlamentin qarşısında aksiya keçiriləcək.
Polis əməkdaşları Tbilisi Tələbə və Gənclər Milli Sarayının həyətinə də səfərbər olunub.
Müxalifətin təşkil etdiyi mitinqdə onlar 26 oktyabr parlament seçkilərinin nəticələrinə etiraz edəcəklər.
mənbə: interpress