Tbilisidə 32 polis əməkdaşı xəsarət alıb
Tbilisidə müxalifətin keçirdiyi mitinq zamanı yaranmış qarşıdurma nəticəsində 32 polis əməkdaşı yaralanıb.
Bu barədə Gürcüstanın daxili işlər nazirinin müavini Aleksandre Daraxvelidze keçirdiyi brifinqdə bildirib.
Onun sözlərinə görə, polis əməkdaşları müxtəlif travmalar alıblar, onlardan biri ağır vəziyyətdədir.
Nazir müavini aksiya iştirakçılarını polisin qanuni tələblərinə əməl etməyə və vəziyyətin gərginləşdirilməsinə yol verməməyə çağırıb.
mənbə: apa