Gürcüstanda nikah və boşanma rüsumları bahalaşıb
Evlənmək də, boşanmaq da bahalaşdı — Ədliyyə Evinin filiallarında xüsusi ritual xidməti ilə nikahın qiyməti 50 laridən 75 lariyə qədər artıb. Həbsxanada olan tərəfdaşla rəsmi nikah kəsdirməyin qiyməti isə 255 laridir.
Boşanma prosesi də bahalaşıb: sənədin qeydiyyatı və verilməsi rüsumu 2026-cı il üçün 20 lari artıb.
Xeber.ge xeber verir ki,
Bahalaşmış dövlət xidmətləri vətəndaşların bir hissəsi üçün ciddi maliyyə problemləri yaradır. İnsanlar bildirirlər ki, mütləq şəkildə ehtiyac duyduqları və yan keçə bilməyəcəkləri bu xidmətlər üçün ikiqat məbləğ ödəməyə məcburdurlar.