Gürcüstan və Ermənistan arasında sərnişin daşıyıcıları üçün yeni qaydalar qüvvəyə minib

Bu gündən, 1 iyul tarixindən etibarən Gürcüstan və Ermənistan arasında sərnişin daşıyıcıları üçün yeni tənzimləmə qüvvəyə minib.
Daha dəqiq desək, bu gündən etibarən Gürcüstanla Ermənistan arasında kommersiya məqsədilə turist və ya beynəlxalq qeyri-müntəzəm (sifarişli) sərnişindaşıma həyata keçirən bütün daşıyıcılar ECMT beynəlxalq standartlarına cavab verən sərnişin siyahısını doldurmalıdırlar.
İqtisadiyyat Nazirliyi "BusinessPressNews"a bildirib ki, bu siyahının doldurulması bütün M1 (miniven), M2 və M3 (avtobus və mikroavtobus) kateqoriyasına aid nəqliyyat vasitələri üçün məcburidir.
“Sənəd elektron formada, latın hərfləri ilə, səfər başlamazdan əvvəl doldurulmalıdır. Çap olunmuş versiyası nəqliyyat vasitəsində saxlanmalı və nəzarət orqanına təqdim edilməlidir. Siyahı yalnız A4 formatında çap edilməlidir.”
Yeni qaydaya əsasən, Gürcüstan və Ermənistanın nəzarət orqanları nəqliyyat sənədlərindəki məlumatları eyni metodologiya ilə yoxlayacaqlar ki, bu da nəzarətin effektivliyini artıracaq. Bundan əlavə, bu tənzimləmə həm Gürcüstanda, həm də Ermənistanda qeydiyyatda olan daşıyıcıların hüquqlarını qoruyacaq və hər iki ölkədə kabotaj (ölkədaxili) sərnişindaşıma hallarını aradan qaldıracaq.
Nazirliyin izahatına görə, bu qərar Gürcüstan-Ermənistan Birgə Komissiyasının iclasında qəbul olunub və həmin iclasda beynəlxalq sərnişindaşıma ilə bağlı yeni saziş imzalanıb.
mənbə: marneulifm