100 yaşa 10 min lari: Tbilisi meriyası uzunömürlü sakinlərini mükafatlandırır
"100 yaşdan yuxarı vətəndaşlara birdəfəlik yardım" proqramı çərçivəsində bələdiyyə 2025-ci ildə 81 nəfərə 10 min lari məbləğində pul mükafatı ödəyib.
Tbilisi meriyası ilin əvvəlindən bəri paytaxtın 100 və daha yuxarı yaşda olan 68 sakininin hər birinə hədiyyə olaraq 10 min lari köçürüb.
Xeber.ge xəbər verir ki,
Məbləği əldə etmək üçün vətəndaş və ya onun nümayəndəsi Tbilisi meriyasının Səhiyyə və Sosial Xidmətlər Departamentinə müraciət etməlidir. Vəsait ildə bir dəfə köçürülür.
"Tbilisi meriyası 100 və daha yuxarı yaşda olan vətəndaşlara 10 min lari məbləğində birdəfəlik maliyyə yardımı göstərəcək. Yardım Tbilisidə qeydiyyatda olan və 100 yaşı tamam olmuş və ya bu yaşı keçmiş yaşlı şəxslərə veriləcək", – deyə Kaladze bildirib.