Tbilisidə güclü yanğın: Alov anbarın 2,5 min kvadratmetrdən çox sahəsini məhv edib

Mar 5, 2026 - 12:02
 0  9
Tbilisidə güclü yanğın: Alov anbarın 2,5 min kvadratmetrdən çox sahəsini məhv edib

Tbilisinin Didi Diqomi rayonunda, Xelaşvili küçəsində yerləşən anbarda baş vermiş yanğın söndürülüb. Fövqəladə Halların İdarə Edilməsi Xidmətindən verilən məlumata görə, 2,5 min kvadratmetrdən çox sahə məhv olub.

Xeber.ge xəbər verir ki, hadisə yerinə 21 yanğınsöndürən maşın və bir neçə xilasedici briqada cəlb olunub. Hadisə nəticəsində xəsarət alan olmayıb.

Fövqəladə Halların İdarə Edilməsi Xidmətinin rəhbəri Teymuraz Mgebrişvili bildirib ki, yanğının səbəbi hələlik məlum deyil. Səbəblər müvafiq işlər tamamlandıqdan sonra müəyyən ediləcək.