Polşada internet dələduzluğuna görə Gürcüstan vətəndaşı həbs edilib.
Bu barədə yerli KİV məlumat yayıb.
Polisin məlumatına görə, 29 yaşlı gürcü daşınma xərcləri ilə bağlı saxta link göndərib və nəticədə qurbanın onlayn bankına daxil olub və 8000 Polşa zlotisi (təxminən 2000 dollar) mənimsəyib.
Gürcüstan vətəndaşı polis tərəfindən həbs edilib. Lübartov Rayon Məhkəməsi həbs qətimkan tədbiri olaraq 3 aylıq həbs cəzası verib. Saxlanılan şəxsi 8 ilə qədər həbs gözləyir