Gürcüstanda həbs cəzası çəkən Azərbaycan vətəndaşlarının sayı artıb

Oct 30, 2025 - 12:09
 0  11
Gürcüstanda həbs cəzası çəkən Azərbaycan vətəndaşlarının sayı artıb

Gürcüstan həbsxanalarında 129 nəfər Azərbaycan vətəndaşı saxlanılır.

Bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin sentyabr ayı üzrə hesabatından məlum olur.
Aylıq müqayisədə say 10 nəfər artıb.

Hesabata əsasən, Azərbaycan vətəndaşlarının 41-i ittiham olunan, 88-i isə məhkumdur. Təqsirləndirilən şəxslərin 38-i kişi, 3-ü qadın, məhkumların isə 74-ü kişi, 14-ü qadındır.

Gürcüstanda probasiya nəzarətində saxlanılan Azərbaycan vətəndaşlarının sayı isə 56 nəfər təşkil edir. Aylıq müqayisədə onların sayı bir nəfər azalıb. Həmin şəxslərin 48-i kişi, 7-si qadın, 1-i isə yeniyetmə oğlandır.

Gürcüstanda ümumilikdə 1 404 nəfər əcnəbi və vətəndaşlığı olmayan şəxslər həbs cəzası çəkir, probasiya nəzarətində isə 602 nəfər xarici ölkə vətəndaşı saxlanılır.

mənbə: apa