Senakidə qadını güllələyərək öldürən şəxsə 18 il həbs cəzası verildi
“Zuqdid rayon məhkəməsi Prokurorluq tərəfindən təqdim edilmiş sübutları tam qəbul edib və ağırlaşdırıcı hallarda qəsdən adam öldürmə faktı üzrə təqsirləndirilən şəxsi təqsirli bilib.
XEBER.GE xeber verir ki, məhkəmə prosesində təqdim olunan sübutlarla müəyyən edilib ki, 2026-cı il iyunun 1-də Senaki bələdiyyəsində qadın və kişi bərabərliyinə qarşı dözümsüzlük zəminində təqsirləndirilən şəxs dostu olan qadını tüfəngdən açılan atəşlə yaralayıb. Qadın xəstəxanada vəfat edib.
Təqsirləndirilən şəxsə Gürcüstan Cinayət Məcəlləsinin 109-cu maddəsinin “თ” bəndi — qadın və kişi bərabərliyinə qarşı dözümsüzlük zəminində qəsdən adam öldürmə maddəsi ilə ittiham irəli sürülüb.
Zuqdid rayon məhkəməsi təqsirləndirilən şəxsi irəli sürülmüş ittiham üzrə tam təqsirli bilib və ona 18 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edib”.