“Birlik – Milli Hərəkat”ın gənclər qanadının 5 üzvü saxlanılıb
Hüquq-mühafizə orqanlarının əməkdaşları “Birlik – Milli Hərəkat”ın gənclər qanadının 5 üzvünü saxlayıb.
Ofisdə axtarışlar hələ də davam edir.
Polis ofisdən möhürlənmiş vəziyyətdə müəyyən əşyalar, ehtimal ki, bayraqlar, dəbilqələr və s. götürüb.
Məlumat üçün bildirək ki, polis bir neçə müxalifət partiyasının və vətəndaş fəalının ofisində axtarış aparıb.
mənbə: interpress