Tbilisidə yürüş başlanılıb

Jan 10, 2025 - 20:56
 0  54
Tbilisidə yürüş başlanılıb

Taras Şevçenko parkında toplaşan aksiya iştirakçıları yürüşlə parlament binasına doğru hərəkət edirlər.

Yürüş hazırda Melikişvili prospektində "Vake və Vera sakinlərinin marşı" şüarı ilə davam edir.

İştirakçılar əsas banner daşıyırlar, üzərində belə bir yazı var: "Vake və Vera gəlir, qələbə qazanacağımıza inanırıq". Onlar həmçinin Gürcüstan və Avropa İttifaqının bayraqları, eləcə də müxtəlif məzmunlu plakatlar gətiriblər.

Yürüşdə yalnız Vake sakinləri deyil, həm də müxtəlif siyasi partiyaların, vətəndaş təşkilatlarının üzvləri və tanınmış ictimai xadimlər iştirak edirlər.

Aksiyanı Daxili İşlər Nazirliyinin patrul polisi ekipajları müşayiət edir.

Vətəndaşların tələbləri dəyişməz olaraq qalır: aksiyalar zamanı saxlanılan şəxslərin azadlığa buraxılması və təcili növbədənkənar seçkilərin təyin edilməsi.

mənbə: interpress