Gürcüstanda çörəyin qiyməti arta bilər

Jan 10, 2025 - 21:07
 0  72
Gürcüstanda çörəyin qiyməti arta bilər

“Gürcüstanın Çörək İstehsalçıları İttifaqı”nın sədri Malxaz Dolidzenin sözlərinə görə, unun idxal vergisinin ləğv edilməsini tələb edirlər.

O, keçirdiyi mətbuat konfransında belə deyib.

Onun sözlərinə görə, vergi ləğv edilsə çörəyin qiymətinin artmasının qarşısı alınacaq.

Hələlik mağazalarda çörəyin qiyməti dəyişməyib, baxmayaraq ki, unun qiymətləri artıb.

O qeyd edib ki, əgər vergi ləğv olunmasa, çörəyin qiyməti 10-15 tetri arta bilər.  Birinci növ unun dəyəri 52 lari olmalı idi, lakin hazırda 53-54 lariyə satılır.