2027-ci ildən dövlət sektorunda maaşlar artır

Nov 9, 2026 - 13:57
 0  17
2027-ci ildən dövlət sektorunda maaşlar artır

Gürcüstanın 2027-ci il dövlət büdcəsinin ilkin layihəsinə əsasən, dövlət büdcəsindən nəzərdə tutulan əməkhaqqı fondu 395 milyon lari artırılır.

XEBER.GE xeber  verir ki, Layihənin izahat vərəqəsində qeyd olunur ki, Gürcüstan qanunvericiliyinə uyğun olaraq, özəl sektorda son 4 rübdə əməkhaqqının artmasına paralel olaraq baza vəzifə maaşı 8.4% artaraq 1 735 lari təşkil edəcək (müqayisə üçün: 2026-cı ildə baza maaşı 1 600 lari idi). Bununla da dövlət sektorunda çalışanların vəzifə maaşları 8.4% artacaq.

Artım dövlət-siyasi vəzifə tutan şəxslərə, o cümlədən Baş nazir, Prezident, Parlament sədri, onun müavinləri, komitə sədrləri və deputatlara da şamil olunur.

Prezident və Baş nazir: Ayda 17 350 lari (illik 208 200 lari)

Parlament sədri: Ayda 17 350 lari (illik 208 200 lari)

Nazir: Ayda 14 747 lari (illik 176 970 lari)

Parlament üzvü (deputat): Ayda 13 880 lari (illik 166 560 lari)