Bu ilin üçüncü rübündə Gürcüstanı 3 milyon turist ziyarət edib

Oct 30, 2025 - 12:24
 0  23
Bu ilin üçüncü rübündə Gürcüstanı 3 milyon turist ziyarət edib

2025-ci ilin üçüncü rübündə Gürcüstana 3 milyon beynəlxalq qeyri-rezident səyahətçi gəlib.

Bu barədə ölkənin Milli Statistika Xidməti (Geostat) məlumat yayıb.

Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 6,6% artım deməkdir. Ziyarətçilərin 40,7%-ni 31–50 yaş aralığındakı şəxslər təşkil edib.

Beynəlxalq ziyarətçilərin 80,8%-i turistlər, 15,4%-i ekskursiyaçılar, 3,8%-i isə hər iki kateqoriya üzrə səfər edənlər olub.

2025-ci ilin üçüncü rübündə Gürcüstanı ən çox Rusiya (26,1%), Türkiyə(16,5%) və Ermənistandan (11,8%) ziyarət ediblər.

Hesabat dövrü ərzində beynəlxalq ziyarətçilərin Gürcüstanda xərcləri 6,2 milyard lariyə çatıb, illik artım 8,6% təşkil edib. Bir səfərin orta dəyəri 2 467,5 lari olub ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 1,7% artım deməkdir.

mənbə: report