Marixuana alma, saxlama və satmağa hazırlıq ittihamı ilə 1 nəfər saxlanılıb -VİDEO
Hüquq-mühafizə orqanları 1990-cı il təvəllüdlü Ş.N.-ni marixuananı qanunsuz alma, saxlama və satmağa hazırlıq ittihamı ilə saxlayıblar. Onu 20 ilə qədər və ya ömürlük azadlıqdan məhrumetmə cəzası gözləyir.
“Polis narkotik cinayəti ilə əlaqədar saxlanılan şəxsin üzərində və avtomobilində axtarış apararkən, 23 ədəd bükülmüş marixuana aşkar edilərək maddi sübut kimi götürülüb.
İstintaqla müəyyən olunub ki, təqsirləndirilən şəxs narkotik vasitəni satmaq məqsədilə müxtəlif yerlərdə yerləşdirir, onların şəkillərini çəkir və sonradan bu şəkilləri koordinatlarla birlikdə narkotik almaqda maraqlı olan şəxslərə göndərirdi.
Polis tərəfindən təqsirləndirilən şəxsin göstərdiyi yerlərdən 6 büküm marixuana götürülüb. Maddi sübut kimi həmçinin elektron tərəzi də müsadirə olunub,” – deyə Daxili İşlər Nazirliyi bildirir.
mənbə: marneulifm