Yeni təhsil naziri Qivi Mikanadze hansı əmlaka sahibdir?

Jul 1, 2025 - 15:41
 0  35
Yeni təhsil naziri Qivi Mikanadze hansı əmlaka sahibdir?

Gürcüstanın yeni təhsil naziri Qivi Mikanadze hansı əmlaka sahibdir?



Gürcüstanın Təhsil, Elm və Gənclər Nazirliyinə yeni rəhbər təyin edilib. Bu vəzifəni Aleksandre Tsuladze tərk edib, onun yerinə isə parlamentin keçmiş deputatı Qivi Mikanadze gətirilib.

Əmlak və maliyyə vəziyyəti – 2024-cü ilin mart ayına olan bəyannaməyə əsasən:

Əmlakı:

  • Dmanisi bələdiyyəsində 1000 kv.m torpaq sahəsi – 2021-ci ildə 1500 ABŞ dollarına alınıb
  • Lançxuti rayonunda 613 kv.m torpaq sahəsi – 2024-cü ildə 8400 ABŞ dollarına alınıb
  • Dmanisidə 1221 kv.m-lik bağ evi – 2021-ci ildə 70 000 lariyə başa gəlib
  • Toyota Highlander markalı minik avtomobili – 2023-cü ildə 24 500 ABŞ dollarına alınıb


Ailəsinin əmlakı:

  • Həyat yoldaşının adına Tbilisidə 55.6 kv.m-lik tikilməkdə olan mənzil – 2025-ci ildə 44 480 ABŞ dollarına alınıb


Bank hesabları və gəlirləri:

  • Cari hesabda – 900 lari
  • Əmanət hesabında – 10 002 ABŞ dolları
  • Digər hesabda – 1 929 lari


2024-cü ildə aldığı gəlirlər:

  • Parlament üzvü kimi maaşı – 53 449 lari
  • Qafqaz Beynəlxalq Universitetində dosent kimi – 18 090 lari
  • Gürcüstan Milli Universitetində dəvət olunmuş müəllim kimi – 13 266 lari
  • Dərslik müəllifliyi üzrə qonorar – 5 150 lari
  • Elmi-tədqiqat fəaliyyəti üçün qonorar – 6 800 lari

 

mənbə: marneulifm