Qonşu ölkələrlə müqayisədə Gürcüstanda taksi ən bahalıdır

“Numbeo” 126 ölkədə 1 km üçün taksi qiymətləri haqqında məlumatı yeniləyib. Siyahının başında İsveçrə dayanır, burada 1 km üçün taksinin orta qiyməti 4.71 dollar təşkil edir. Reytinqə görə, araşdırılan ölkələr arasında ən ucuz taksi Qırğızıstandadır – 1 km üçün cəmi 23 sent.
Taksi ən bahalı olan 5 ölkə belə sıralanır:
- İsveçrə – 4.71 dollar;
- Lüksemburq – 3.98 dollar;
- Bəhreyn – 3.98 dollar;
- Albaniya – 3.45 dollar;
- Qayana – 3.35 dollar.
Taksi ən ucuz olan ölkələr:
- Qırğızıstan – 23 sent;
- Filippin – 27 sent;
- Tacikistan – 28 sent;
- Moldova – 29 sent;
- Hindistan – 29 sent.
Gürcüstana gəldikdə isə ölkə reytinqdə 93-cü yeri tutur. Məlumatlara görə, qonşu ölkələr arasında taksi Gürcüstanda ən bahalıdır. “Numbeo”nun məlumatına əsasən, Gürcüstanda 1 km üçün daşınma xidmətinin orta qiyməti 73 sent təşkil edir.
Region ölkələrinin göstəriciləri isə belədir:
- Türkiyə – 94-cü yer, 73 sent;
- Azərbaycan – 101-ci yer, 59 sent;
- Rusiya – 108-ci yer, 42 sent;
- Ermənistan – 116-cı yer, 31 sent.
mənbə: marneulifm