Bidzina İvanişvili artıq Bloomberg-in milyarderlər siyahısında yer almayıb

“Gürcü Arzusu”nun fəxri sədri Bidzina İvanişvili artıq Bloomberg-in milyarderlər reytinqində yer almayıb.
Xatırladaq ki, sonuncu dəfə İvanişvilinin sərvəti barədə məlumatı 9 aprel tarixində 'BusinessPressNews' təqdim etmişdi. Həmin vaxt Bloomberg İvanişvilinin sərvətini 6,7 milyard dollar olaraq qiymətləndirirdi ki, bu da son bir il ərzində qeydə alınan ən aşağı göstərici idi.
Məlumata görə, Bloomberg-in milyarderlər reytinqində 500 böyük biznesmen yer alır. Onlardan ən 'az sərvətə sahib olanının' varidatı 6,32 milyard dollardır, ən varlısının isə 335 milyard dollar sərvəti var.
Forbes-ə gəlincə, Bidzina İvanişvili dünyanın ən zəngin insanları siyahısında 1 373-cü yerdədir. Forbes onun sərvətini 2,7 milyard dollar olaraq qiymətləndirir.
mənbə: marneulifm