Batumidə hündürmərtəbəli binadan yıxılan şəxs dünyasını dəyişib
Batumi şəhərində ölüm faktı qeydə alınıb. Yerli "Acarıstan Tayms" nəşrinin yaydığı məlumata görə, Ximşiaşvili küçəsində yerləşən çoxmərtəbəli yaşayış binalarından birində kişi hündürlükdən yıxılıb.
Xeber.ge xeber verir ki,
Yaralı aldığı ağır xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı Gürcüstan Daxili İşlər Nazirliyi tərəfindən Cinayət Məcəlləsinin 115-ci maddəsi (özünü öldürmə həddinə çatdırma) ilə istintaq başladılıb. Hazırda hadisənin bədbəxt hadisə, yoxsa intihar olması araşdırılır.