"Bavariya"dan sürpriz həmlə: Kvaratsxeliyanın qardaşını transfer edirlər
Almaniya Bundesliqası təmsilçilərindən "Bavariya" PSJ-nin ulduzu Xviça Kvaratsxeliyanın "Dinamo Tbilisi"də çıxış edən qardaşı Tornike Kvaratsxeliya ilə maraqlanır.
Xeber.ge xəbər verir ki, 16 yaşlı Tornike ilə "Bavariya"dan başqa da Avropanın bir çox klubları maraqlanır.
Karyerasını "Dinamo Tbilisi"də davam etdirən Tornikenin danışıqlar aparmaq məqsədilə bu gün Münhenə yollanacağı və "Bavariya" rəhbərliyi ilə görüşəcəyi vurğulanıb.
Qeyd edək ki, "Bavariya" 2018-ci ilin yayında Xviça Kvaratsxeliyanı da transfer etməyə çox yaxın olub, lakin o dövrdə gürcü futbolçunun yaşının az olması səbəbindən onu nə birdəfəlik transfer etmək, nə də icarəyə götürmək mümkün olmuşdu.
mənbə: oxu